Oktyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış ifaçı Cəlal Abbasovun növbəti solo konserti baş tutub.
9 Noyabr 2023 16:05
9.11.2023
Oktyabrın 29-da Heydər Əliyev Sarayında tanınmış ifaçı Cəlal Abbasovun növbəti solo konserti baş tutub.

Konsertdə Cəlal Abbasov musiqiçilər Əməkdar artist Tofiq Cabbarov, Nizami Əliyev, Elşən Dadaşov, DJ Kənan və başqaları müşaiyəti ilə  sevilən və  yeni mahnılarından ibarət fərqli proqram təqdim edib. Cəlal Abbasovun müğənnilər Validə və Vlada Axundova ilə oxuduğu duetlər maraqla qarşılanıb.
Arzu Vaqifqızının aparıcılığı ilə keçən konsert musiqisevərlərin sürəkli alqışları ilə   “Cənnətim Qarabağ” mahnısı ilə sonlandırılıb.
Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq beşinci solo konsert proqramı ilə çıxış edən Cəlal Abbasov bir sıra yerli və Beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.

Digər xəbərlər