Heydər Əliyev Sarayında “Min bir gecə”
22 Noyabr 2023 18:30
22.11.2023
Heydər Əliyev Sarayında “Min bir gecə”

Noyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletini Heydər Əliyev Sarayında təqdim edib.
Tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Elmira Süleymanova (Nuridə), solistlər Fatimə Xələfova (Şəhrizad), Aleksandr Suldin (Nuridənin sevimli qulu) böyük məharətlə ifa ediblər.

Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluq etdiyi tamaşada, həmçinin Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və teatrın solisti Fatimə Cəfərzadə də çıxış ediblər.

Digər xəbərlər