Noyabrın 23-də Heydər Əliyev Sarayında Xalq artisti Mirzə Babayevin 110 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.
25 Noyabr 2023 18:42
25.11.2023
Noyabrın 23-də  Heydər Əliyev Sarayında Xalq artisti Mirzə Babayevin 110 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.

  Yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Azər Zeynalov, Brilliant Dadaşova, Mübariz Tağıyev, Sərxan Sərxan, Ənvər Sadıqov, İlham Namiq Kamal, Əməkdar artistlər Rəşad İlyasov, Gülüstan Əliyeva, Elton Hüseynəliyev, Lalə Məmmədova, Aqşin Abdullayev, Arzu Əliyeva, Abbas Bağırov, tanınmış müğənnilər Zabitə Alıyeva, Zamiq, Vüsal Hacıyev, Nərmin Məmmədli, Arzu Həsənli, İsmayıl Zeynalov və “Qaytağı”instrumental ansamblı, T.Əhmədov adına Estrada Simfonik Orkestri, Qaya ansamblı çıxış ediblər. Konsertin dirijoru Cavad Tağızadə, aparıcı isə Rahib Azəri olub.
   Yubileydə Mirzə Babayevin ifasında hər kəsin qəlbini ovsunlayan, yaddaşlara əbədi həkk olan unudulmaz mahnılar “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Gəlmədin”, “Düşürsən yadıma”, Gilavar”, “Zibeydə”, “Ay qız” və s. müğənnilərin ifasında səsləndirilib.

Digər xəbərlər