Heydər Əliyev Sarayı gənc klassik vokalçılardan ibarət truppa yaratdı
8 Fevral 2021 12:37
8.02.2021
Heydər Əliyev Sarayı gənc klassik vokalçılardan ibarət truppa yaratdı

Yeni yaradılan “Perfect troupe” layihəsinin ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur. Layihənin əsas məqsədi klassik vokal məktəbini müasir gənc nəslə təqdim və təbliğ etmək, eyni zamanda yeni gənc klassik vokal ifaçılarını üzə çıxartmaq, böyük səhnəyə gedən yolda yaradıcılıq fəaliyyətlərinə yaxından dəstək olmaqdır.

Gənc ifaçıların gələcəkdə mədəniyyətimizin klassik opera janrında faydalı olmaları üçün qarşılarına böyük tapşırıqlar qoyulub. Azərbaycanda ilk dəfə keçirilən layihəyə peşakar, tələbkar və məsuliyyətli heyət tərəfindən ciddi nəzarət olunur və ifaçılara hər bir şərait yaradılır.

Pandemiyadan sonrakı dönəmdə gənc vokalçıların iştirakı ilə müxtəlif musiqili tamaşaların, klassik operaların, romansların səhnələşdirilməsi planlaşdırılır. İl ərzində gənc iştirakçıların ifasında müxtəlif yeni layihələr təqdim olunacaq.

Digər xəbərlər