Heydər Əliyev Sarayı “Nizami xəzinəsindən” adlı layihə həyata keçirəcək
23 Yanvar 2021 14:47
23.01.2021
Heydər Əliyev Sarayı “Nizami xəzinəsindən” adlı layihə həyata keçirəcək

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ölkəmizdə elan olunan “Nizami Gəncəvi İli” çərçivəsində Heydər Əliyev Sarayında silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

İl ərzində “Nizami xəzinəsindən” adlı layihə çərçivəsində Heydər Əliyev Sarayında gənc bəstəkarların dahi şairin sözlərinə yazdıqları müasir romansların təqdim olunması, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından səhnələşdirilmiş musiqili tamaşaların, əsərlərindən kiçik kreativ balet nümunələrinin hazırlanması, müsabiqələrin keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər