Heydər Əliyev Sarayı növbəti “Bizi də tanıyın” layihəsinə start verdi.
26 Yanvar 2021 10:43
26.01.2021
Heydər Əliyev Sarayı növbəti “Bizi də tanıyın” layihəsinə start verdi.


Heydər Əliyev Sarayı Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim etdilər. İdeya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun bu layihəni həyata keçirməsində əsas məqsədi, gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərimizin böyük səhnə təcrübəsi keçməsidir.

Layihədə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri iştirak ediblər. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan
bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim ediblər. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin, sosial şəbəkələrdə təbliğ olunacaq.
 

Digər xəbərlər