Mirzəyev Faiq İsfəndiyar oğlu – direktorun birinci müavini və direktor vəzifəsini müvəqqəti icra edən
21 mart 1976-cı ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub. 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun İnzibati İdarəetmə ixtisasını bitirmişdir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnzibati İdarəetmə istiqamətinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistr dərəcəsi alıb. Peşakar fəaliyyəti. 1997-ci ildən özəl sektorda müxtəlif vəzifələrdə çalışıb. “Fəcr” MMTŞ baş direktor, “Avto-103” MMC-nin direktoru olub. 26 fevral 2021-ci ildən Heydər Əliyev Sarayının direktor müavini təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Üç övladı var.
Abdurzayeva Tairə Tofiq qızı - direktor müavini
25 iyul 1973-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Asiya Universitetini ümumi iqtisadiyyat (beynəlxalq iqtisadi münasibətlər) ixtisası üzrə bitirib. Peşakar fəaliyyəti. 1991-1995-ci illərdə Respublika Sarayında baş texnik, səs operatoru vəzifələrində çalışıb. 2003-cü ildən Konsert şöbəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb. 2010-cu ildən etibarən Heydər Əliyev Sarayının direktor müavini vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dadaşov İlqar Vasif oğlu - direktor müavini
10 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə A.Zeynallı adına müsiqi məktəbinin tar sinifini, 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini mədəni-maarif işinin təşkilatçı-metodist ixtisası üzrə bitirib. Peşakar fəaliyyəti. 1984-cü il tarixdən Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində tarzən, birinci dərəcəli tarzən vəzifələrində çalışıb. 2005-ci il tarixdən ali dərəcəli tar konsertmeystri vəzifəsində çalışır. 2008-il tarixdən Heydər Əliyev Sarayında səs, rabitə, kino və televiziya xidmətində mühəndis (səs yazma üzrə) və səs rejissoru vəzifələrində çalışıb. 2018-ci ildə Heydər Əliyev Sarayının direktor müavini vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. İki övladı var.