Heydər Əliyev Sarayının veb-saytı (heydaraliyevpalace.az) yeniləndi
9 May 2022 23:33
9.05.2022
Heydər Əliyev Sarayının veb-saytı (heydaraliyevpalace.az) yeniləndi

Mayın 9-u Heydər Əliyev Sarayının yenilənən veb-saytı (heydaraliyevpalace.az) istifadəyə verildi. 2002-ci ildə Azərbaycanda mədəniyyət müəssisələri arasında ilk dəfə yaradılan Heydər Əliyev Sarayının saytının yenilənməsində əsas məqsəd, Sarayın saytını müasir tələblərə uyğunlaşdırmaq, tamaşaçıların rahatlığını təmin etmək, Heydər Əliyev Sarayının fəaliyyətində olacaq yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin etmək və mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəyə gələcək xarici qonaqlara, turistlərə beynəlxalq standartlara uyğun xidmət göstərməkdir. 

   Saytın təqdimatı zamanı Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov çıxış edərək Ulu Öndər Heydər Əliyevin birinci və ikinci hakimiyyəti dövrlərində Tarixi səhnədə hər zaman Azərbaycan və dünya xalqlarının mədəniyyət və incəsənət xadimlərinə, ictimai-siyasi xadimlərinə ev sahibliyi etdiyini və burdan irəli gələrək, Heydər Əliyev Sarayını – Tarixi səhnə adlandırlmasının heç də təsadüfi olmadığını qeyd etdi. R.Qasımovun sözlərinə görə Ulu Öndər Heydər Əliyevin hər zaman tədbirlərdə iştirak etməsi əsas verir ki, bu səhnə Tarxi səhnə kimi adlandırılsın.

   "50 illik yubileyin ərəfəsində irəlidə keçirilməsi nəzərdə tutulan böyük tədbirlər planı hazırlanır və inanırıq ki, Heydər Əliyev Sarayının 50 illik yubileyi ölkəmizin mədəni həyatına tarixi gün kimi yazılacaqdır. Bu səbəbdən də tərəfimizdən, Heydər Əliyev Sarayının məzmunu, dizaynı, operativliyi və yüksək keyfiyyəti ilə fərqlənən saytının yenilənməsinin vacibliyinə qərar verilmişdir" - deyə Ramil Qasımov bildirdi.

   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə yüksək peşəkarlıqla hazırlanmış saytda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş informasiya yerləşdirilmişdir. Həmçinin saytda Heydər Əliyev Sarayının yaranma və fəaliyyət tarixi, repertuarı, Sarayda keçirilən layihələr, konsertlər, festivallar və bir çox mötəbər tədbirlər haqqında geniş məlumatlar, video və foto albomlar ilə ətraflı tanış olmaq mümkündür.

   Bundan sonra, tamaşaçılar saytdan Heydər Əliyev Sarayının Facebook, İnstagram və Youtube səhifələrini izləmək imkanı əldə edəcək və eyni zamanda e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.

Digər xəbərlər