Mayın 18-də Heydər Əliyev Sarayında ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun yaradıcılıq gecəsi keçirildi. Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, gecədə “Buta” instrumental ansamblın müşaiyyəti ilə Xalq artistləri Aygün Bayramova, Zabit Nəbizadə, Nəzakət Teymurova, Eyyub Yaqubov, Əməkdar artistlər Firuz Səxavət, Aygün Bəylər, Gülüstan Əliyeva, Nurlan Növrəsli, Əməkdar müəllim Qəzənfər Abbasov, ifaçılar Hüseyn Məlikov, Vəfa Vəzirova, Məmməd Nəcəfov və Vüqar Əliyev ifa etdilər. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.