Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 27 may 2022-ci il saat 19:30 da Heydər Əliyev Sarayında İkinci Qarabağ Müharibəsinin Döyüşçülərinin ifasında bədii musiqili gecə keçiriləcəkdir.
Tədbirdə iştirak edən veteran və qazilər Azərbaycan Respublikasının Ali təhsil ocaqları AMK, ADMİU, BMA -nin tələbə və məzunlarıdırlar.
Gecədə həmçinin Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri və bir neçə tanınmış incəsənət xadimləri, eləcə də ADMİU-nun tələbə heyəti də çıxış edəcəklər.
Heydər Əliyev Sarayında keçiriləcək konsertdən əldə olunacaq vəsait şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.
Layihənin rəhbəri və icraçısı Nərmin İsgəndərovadır.