Azərbaycanda ilk dəfə rəsmi və irimiqyaslı Rok Festivalın qala gecəsi Heydər Əliyev Sarayının səhnəsində iyun ayının 11-də baş tutdu. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, festival çərçivəsində Azərbaycan rok musiqiçilərinin öz bəstələrindən ibarət əsərlər səsləndi. Passion, Free From Four, Dədə Baba, Orxan Efendi, Qara Dərviş, Groove IN spires, Sadnos, CODA və Evil Decay kimi qruplar axşamda çıxış etdi. Qala gecənin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır. Festivalın əsas məqsədi Azərbaycanda rok janrının tanıdılması, təbliği və inkişafıdır.