Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr etdi
8 Oktyabr 2021 12:24
8.10.2021
Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr etdi

 

7 oktybar tarixində Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim etdi.

Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev Sarayı ilk tədbirini məhz şəhid və qazi ailələri həsr edib. Ədəbi-bədii musiqli kompozisiyanın proqramı çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri, Xalq artistləri Flora Kərimova, Samir Cəfərov, Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İskəndərli iştirak etdilər

Digər xəbərlər