Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə oktyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 85 illik yubiley gecəsi keçirilib.
Yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Brilliant Dadaşova, Flora Kərimova, Azər Zeynalov, İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Nuriyyə Hüseynova, Elton Hüseynəliyev, Şölə Səfərəliyeva, Lalə Məmmədova, Sevda Ələkbərzadə, müğənnilər Rəvanə Qurbanova, Arzu Həsənli, Zabitə Əliyeva, Fəxri Kazım Nicat, Humay Qədimova və Əkbər Əliyev çıxış ediblər.
Yubileydə bəstəkarın illərdi sevə-sevə dinlədiyimiz, hər birimizin dillər əzbəri, həyatımızın bir parçası olan unudulmaz əsərləru müğənnilərin ifasında səslənib.