Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında "Ürəklə Sizinlə" adlı konsert proqramı ilə çıxış edib.
1 İyun 2022 21:53
1.06.2022
Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında "Ürəklə Sizinlə" adlı konsert proqramı ilə çıxış edib.

   Müğənni xalq, klassik və müasir estrada mahnılarını ifa edib. Səhnələşdirilmiş musiqili gecədə "Qatar", "Sevəcəyəm de", "Əgər məni unutsan", "Tet-a-tet", "Əzizim" və digər bəstələr səslənib.
   Konsert boyunca müğənni "Səs Azərbaycan" layihəsində iştirak edən tələbələri ilə birlikdə çıxış edib. "Arşın mal alan" musiqili səhnəcik isə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

      Xüsusi coşqu ilə keçən konsertin ikinci hissəsində sənətkarın tamaşaçıların yanına gələrək onlarla birgə ifa etməsi maraqla qarşılanıb.

Digər xəbərlər