Heydər Əliyev Sarayında təntənəli konsert proqramı - "Şövkət Ələkbərova 100"
2 Dekabr 2022 22:15
2.12.2022
Heydər Əliyev Sarayında təntənəli konsert proqramı - "Şövkət Ələkbərova 100"

   Dekabrın 1-də Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə görkəmli ifaçı, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Şövkət Ələkbərova 100” adlı xatirə gecəsi keçirilib.

   Gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, eləcə də Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin instrumental ansamblının müşayiəti ilə tanınmış və gənc müğənnilər Şövkət Ələkbərovanın repertuarından mahnılar ifa ediblər.

   İfaları dinlədikcə bir daha əmin olursan ki, milli ifaçılıq ənənələri əsasında öz məktəbini yaratmış Şövkət Ələkbərova mahnı janrının ustadı, peşəkar vokalçı olmaqla yanaşı, həm də mahir pedaqoq olub. O, gənc ifaçılar nəslinin yetişdirilməsi işinə bütün səy və bacarığını sərf edib. Azərbaycanın bir çox tanınmış müğənniləri məhz Şövkət məktəbinin yetirmələridir, onun zəngin təcrübəsindən bəhrələniblər. Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.

Digər xəbərlər