Türkiyəli məşhur müğənni Kıraç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
23 Oktyabr 2022 22:22
23.10.2022
Türkiyəli məşhur müğənni Kıraç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

   Oktyabrın 22 –də Türkiyənin sevilən ifaçısı Kıraç Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib.  

  "Salam Bakı! Bu mənim Bakıya ilk gəlişimdir. Çox həyəcanlıyam.Tarixi salonda konsert verməkdən çox qürur hissi duyuram"- deyən müğənni pəristişkarlarına unudulmaz gecə bəxş edib.  

  Konsertdə Rəşid Behbudovun "Sənə də qalmaz" mahnısı Kıraç tərəfindən özünəməxsus şəkildə səsləndirilib: "Uşaqlıq illərindən ən çox sevdiyim və dinlədiyim mahnını ifa edirəm. Bu mahnı fikrimcə dünyanın ən gözəl eşq mahnılarından biridir".

   Güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni sevənlərinə musiqi dolu saatlar yaşadıb.

    Kıraç səhnədə sevilən əsərlərini səsləndirib. Onların arasında: "Senden Başka", "Tek Hatıra", "Razıysan Gel", "Yalan" "Ayşe" ,"Bir Garip Aşk Bestesi" , "Gönül", "Kan ve Gül", "Yıllar Sonra", "Zaman" və s. kimi mahnılar da var.

Digər xəbərlər