Heydər Əliyev Sarayında “Məni gözəl xatırla” musiqili poeziya gecəsi
17 Yanvar 2023 19:12
17.01.2023
Heydər Əliyev Sarayında “Məni gözəl xatırla” musiqili poeziya gecəsi

   Yanvarın 15 və 16-da Heydər Əliyev Sarayında bədii qiraətçi Xəzər Süleymanlının “Məni gözəl xatırla” musiqili poeziya gecəsi keçirilib.

   Fərqli səs tembri, şeirləri özünəməxsus ifası ilə bədii qiraət sənətini geniş auditoriyaya, xüsusən gənclərə sevdirməyi bacaran bədii qiraətçi Xəzər Süleymanlı gecədə Azərbaycan poeziyasının ən məşhur şeir nümunələrindən bir çoxunu səsləndirib. Qiraətçini səhnədə “Hicaz” Qrupu müşayiət edib.

   Həmçinin gecədə xüsusi qonaq qismində Xalq artistləri Nəzakət Teymurova, Tünzalə Ağayeva, Teyyub Aslanov və başqaları çıxış ediblər.

Digər xəbərlər