Gürcüstanın “Erisioni” ansamblı Heydər Əliyev Sarayında çıxış edib
20 Noyabr 2022 19:13
20.11.2022
Gürcüstanın “Erisioni” ansamblı Heydər Əliyev Sarayında çıxış edib

   Noyabrın 19-da Heydər Əliyev Sarayında "Erisioni" Gürcüstan Dövlət Milli Akademik Mahnı və Rəqs ansamblının konserti keçirilib.

   Ansambl gürcü xalq mahnıları və rəqslərindən ibarət geniş konsert praqramı ilə çıxış edib.

   Qeyd edək ki, Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konsert Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Digər xəbərlər