Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək
11 Oktyabr 2021 13:15
11.10.2021
Heydər Əliyev Sarayı “Nizami” operasını səhnələşdirəcək

Heydər Əliyev Sarayı XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” operasını səhnələşdirəcək.

Mədəniyyət Nazirliyi və "BEAT Group" şirkəti, "VISA"nın dəstəyi ilə səhnələşdirilən musiqili əsər dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Layihə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı ilə birgə nəzərdə tutulur.

Layihənin ideya müəllifi Əməkdar artist Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev və quruluşçu xareoqrafı Əməkdar artist Ceyhun Qubadovdur.

Tamaşada Əməkdar artist Ramil Qasımov, Əməkdar artist İnarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.

Digər xəbərlər