Heydər Əliyev Sarayında əfsanəvi İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqs Ansamblının konserti olub
27 Oktyabr 2022 19:15
27.10.2022
Heydər Əliyev Sarayında əfsanəvi İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqs Ansamblının konserti olub

   Konsert Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunun mədəni proqramı çərçivəsində təqdim olunub. Foyedə qrupun müxtəlif ölkələrdə qastrol səfərləri zamanı çıxışlarından ibarət foto-sərgi təqdim olunub.

   Ansambl Bakıda ilk dəfə deyil və hər dəfə böyük uğurla çıxış edir. Bu il komandanın 85 yaşı tamam olur. İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqs Ansamblı - 1937-ci ildə xoreoqraf və baletmeyster İqor Moiseyev tərəfindən yaradılmış xoreoqrafik xalq rəqs ansamblıdı.

   Yubiley proqramına dünya klassikasına çevrilmiş Rusiya, Belarus, Yunanıstan, Argentina, Çin, Meksika, Venesuela, Macarıstan və digər ölkələrin xalqlarının mədəniyyətini, adət və ənənələrini əks etdirən xoreoqrafik tamaşalar daxildir. 1959-cu ildən qrupun repertuarına daxil olan “Çobanı” Azərbaycan rəqsi xüsusi maraq doğururdu.

   Sonda ansamblın direktoru, bədii rəhbəri, Rusiyanın xalq artisti Yelena Şerbakova səmimi qəbula görə tamaşaçılara minnətdarlığını bildirib.

Digər xəbərlər