Tanınmış pianoçu, Rusiyanın xalq artisti Denis Matsuev Heydər Əliyev Sarayının səhnəsində
28 Oktyabr 2022 19:17
28.10.2022
Tanınmış pianoçu, Rusiyanın xalq artisti Denis Matsuev Heydər Əliyev Sarayının səhnəsində

    Xalq artisti Denis Matsuev “Həm klassika, həm də caz” adlı yeni konsert proqramını təqdim edib.

    Matsuev sonuncu dəfə 2019-cu ildə Bakıda çıxış edib. Musiqiçi hər dəfə müsahibələrində Azərbaycanın paytaxtını sevimli şəhərlərindən biri adlandırır və həmişə bura gəlməyinə şad olduğunu bildirir. Hər zaman insanların qonaqpərvərliyini və xoş münasibətini xüsusi qeyd edir. 

    Sənətçinin bu dəfəki çıxışı oktyabrın 27-də Bakıda keçirilən XV-ci Verona Avrasiya İqtisadi Forumunun mədəniyyət proqramı çərçivəsində təşkil olunub.

    Gecədə tamaşaçılara Sergey Raxmaninov, Corc Qerşvin, Dyuk Ellinqton və Pyotr Çaykovskinin məşhur əsərləri ilə yanaşı, həm də xalq artistinin ifasında caz standartları yeni aranjimanda, maraqlı improvizasiyalar və ritmlərdə təqdim olunub.

Digər xəbərlər