Heydər Əliyev Sarayında “Məhəbbətin kökü” («Корень любви») tamaşası
8 Dekabr 2022 19:19
8.12.2022
Heydər Əliyev Sarayında “Məhəbbətin kökü”  («Корень любви») tamaşası

   Dekabrın 7-də Heydər Əliyev Sarayında Rusiyanın Xalq artisti Dmitri Nazarovun və Əməkdar artisti Olqa Vasilyevanın iştirakı ilə “Məhəbbətin kökü” («Корень любви») tamaşası nümayiş olunub.

   “Məhəbbətin kökü” tamaşası müasir dramaturq A.Berezanın iki pyesinin motivləri əsasında hazırlanmışdır.

   Tamaşada komik situasiyalar və eyni zamanda fəlsəfi müzakirələrlə dolu məqamlar maraqla qarşılandı. Tamaşaçılar məşhur artistlərin çıxışını böyük həvəslə izləyib, onları sonda alqışlar və gül dəstələri ilə mükafatlandırdılar.

Digər xəbərlər