Yanvarın 28-də məşhur pianoçu və bəstəkar Keiko Matsuinin Heydər Əliyev Sarayında baş tutan konserti tamaşaçılar üçün əsl hədiyyə oldu. Dünya şöhrətli yapon pianoçu konsertdə sevilən əsərləri və caz musiqilərini ifa etdi.
Qeyd edək ki, dünyanın demək olar hər ölkəsində konsert proqramı ilə çıxış edən Keiko Matsui həmçinin, bir çox beynəlxalq müsabiqələrin laureatıdır.