Heydər Əliyev Sarayında: “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olub
20 Fevral 2023 11:08
20.02.2023
Heydər Əliyev Sarayında: “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olub

    Fevralın 19 –da Heydər Əliyev Sarayında Minsk Kamera Dram Teatrının təqdimatında yazıçı Paulo Koelhonun “Veronika ölməyə qərar verir” dünya bestselleri əsəri əsasında hazırlanan eyniadlı tamaşasının premyerası olub.

    Musiqisi Boris Qrebenşikova məxsus tamaşanın bədii rəhbəri Nataliya Başevadı. "Veronika ölməyə qərar verir" tamaşası gözəl və ruhlandırıcı, parlaq şəkildə işlənmiş və ironik metaforalardan ibarətdir. Bu, yaşadığımız həyatı bir möcüzə kimi görməyə çağıran və ölümə cavab olaraq yaşamaq yanğısından bəhs edən real bir hekayədir.

 

Digər xəbərlər