Fevralın 17-də Heydər Əliyev Sarayında Xalq artisti İlqar Muradovun 65 illiyi münasibəti ilə yaradıcılıq gecəsi keçirilib.
Tamaşaçılar yubiley gecəsində İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışını izləmək imkanı əldə ediblər.
İfaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarından olan mahnılarla pərəstişkarlarının qarşısına çıxaraq onlara böyük zövq bəxş edib.