Dünya şöhrətli “Akcent” qrupu Bakıda konsert verib
5 Mart 2023 16:43
5.03.2023
Dünya şöhrətli “Akcent” qrupu Bakıda konsert verib

Martın 4-də Heydər Əliyev Sarayında dünyaşöhrətli “Akcent” qrupunun konserti olub.

Özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən pop-musiqi qrupu öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib. Dünyaşöhrətli müğənni Adrian Sinanın ifası alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Akcent” qrupu 1999-cu ildə Rumıniyada Adrian Sina tərəfindən yaradılıb. Fərqli vaxtlarda buraxılan mahnı və albomlar tez bir zamanda hitlərə çevrilərək qrupa nəinki Rumıniyada, bütün dünyada böyük uğur gətirib.

Digər xəbərlər