Heydər Əliyev Sarayı Novruz bayramı münasibətilə uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqram ilə sevindirib.
24 Mart 2023 15:32
24.03.2023
Heydər Əliyev Sarayı Novruz bayramı münasibətilə uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli proqram ilə sevindirib.

22 və 23 mart 2023-cu il tarixlərdə Heydər Əliyev Sarayının səhnəsində “Cırtdan və dostlarının Novruz macəraları” adlı möhtəşəm bayram şənliyi keçirilib. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olublar. Cırtdan və onun dostları sevilən qəhrəmanlar oğurlanmış Bahar qızı xilas edərək baharın gəlişini böyük coşğu və təmtəraqla qeyd ediblər .
Bundan əlavə, uşaqlar Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyiblər.
Novruz şənliklərində uşaqlar tamaşaçı foyesində Kosa, Keçəl və digər nağıl qəhrəmanları ilə fotosessiya etmək imkanı əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayı ənənəyə sadiq qalaraq bu bayramda da, Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin uşaqlarına, uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırıb.

Digər xəbərlər