Bakıda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib
3 May 2023 20:52
3.05.2023
Bakıda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib

Mayın 2-də Bakıda, Heydər Əliyev Sarayında Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı keçirilib. Toplantı Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edilib.
 Ulu Öndərin hakimiyyət illərində xaricdə təhsil almış həmvətənlərimizin qatıldığı toplantıda dövlət və hökumət nümayəndələri də iştirak ediblər.
Əvvəlcə Sarayın foyesində Ulu Öndərin hakimiyyətinin hər iki dövründə Azərbaycan təhsilinə qayğısından bəhs edən fotosərgi ilə tanışlıq olublar. 
Toplantı açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxış edib.
Bu günlərdə xalqımızın böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini bildirən Baş nazir deyib ki, Ulu Öndərin 100-cü ildönümü onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Digər xəbərlər