Mayın 17-də Heydər Əliyev Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi səhnə əsərində əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa ediblər.
Dirijoru Orxan Həşimov olan tamaşanın balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır.