İyunun 1-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tarix yazan imza” adlı xeyriyyə tədbiri Heydər Əliyev Sarayında baş tutub.
“İdrak” liseyi tərəfindən keçirilən və “Heydər Əliyev ili”nə həsr olunmuş bu tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film və videoçarxlar nümayiş olunub.
Həmçinin tədbirdə Xalq artistləri Faiq Ağayev, Fidan Hacıyeva, Mübariz Tağıyev və Əməkdar artistər Fərqanə Qasımova, Gülüstan Əliyeva çıxış ediblər.