Heydər Əliyev Sarayında “Hans Zimmer dünyası”
17 İyul 2023 15:00
17.07.2023
Heydər Əliyev Sarayında “Hans Zimmer dünyası”

   İyulun 16-da Heydər Əliyev Sarayında dünyaşöhrətli alman film bəstəkarı Hans Zimmerin musiqilərindən ibarət konsert proqramı təşkil olunub.

“Hans Zimmer dünyası” adlı konsertdə məşhur “Tynda Music” Simfonik Orkestrinin ifasında dahi kino bəstəkarı Hans Zimmerin bəstələdiyi musiqilər, film soundtrekləri səsləndirilib.

Qeyd edək ki, Hans Zimmer dünya kino sənayesində ən yenilikçi bəstəkarlardan biri kimi tanınır. O, elektron musiqi səslərinin ənənəvi orkestr aranjemanlarına birləşdirməsi ilə diqqət çəkir. H.Zimmer musiqisi sayəsində bir çox dünya filmləri tanınaraq uğurlu nəticələr əldə edib.

Digər xəbərlər