İyunun 29-da keçirilən “Xəzər-Folk 2023” beynəlxalq folklor rəqs festivalında Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Polşa rəqs kollektivləri çıxış ediblər.
Festivalın münsiflər heyətinə Azərbaycanın Əməkdar İncəsənət Xadimləri Baba Vəziroğlu, Gövhər Həsənzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mirzə Abbasov, Stanislavski adına Moskva Dövlət Teatrının rejissoru Aleksey Smirnov və Azərbaycanın Əməkdar artisti Günel Allahyarova daxil idi.
“Xəzər-Folk 2023” beynəlxalq folklor rəqs festivalında rəngarəng və maraqlı proqram təqdim olundu. “Asiman” (Azərbaycan) və “Bexet” (Rusiya, Tatarıstan) rəqs kollektivləri birinci yerlərə, Polşa rəqs kollektivi Qran-Pri mükafatına layiq görülüblər.