Ukraynanın əfsanəvi rok qrupu "Okean Elzy" növbəti möhtəşəm konsert proqramı
18 Avqust 2023 16:29
18.08.2023
Ukraynanın əfsanəvi rok qrupu "Okean Elzy" növbəti möhtəşəm konsert proqramı

   Avqustun 17-də Heydər Əliyev Sarayında Ukraynanın əfsanəvi rok qrupu "Okean Elzy" növbəti möhtəşəm konsert proqramı ilə çıxış edib.

   Geniş konsert proqramında qrupun repertuarından ən məşhur və yeni musiqi parçaları təqdim olunub.

 Qeyd edək ki, 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup tamaşaçılar tərəfindən "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adlandırılıb və bununlada böyük tamaşaçı kütləsinin rəğbətini qazana bilib.

 

Digər xəbərlər