Heydər Əliyev Sarayında “Koreya serialları dünyası” saundtrek konserti təqdim olunub
25 Avqust 2023 19:49
25.08.2023
Heydər Əliyev Sarayında “Koreya serialları dünyası” saundtrek konserti təqdim olunub

   Avqustun 24-də Heydər Əliyev Sarayında Qazaxıstandan olan “BN Team Orchestra” simfonik orkestrinin ifasında populyar Koreya seriallarından saundtreklər səsləndirilib.

    Gecədə "Boys Over Flowers," "All In", "Scarlet Heart: Ryeo", "Full House" və s. kimi məşhur seriallardan musiqilər səsləndirilib.

  Tamaşaçılar “BN Team Orchestra” simfonik orkestrinin özünəməxsus üslubunda təqdim etdiyi konsertdə xor, solistlər və böyük ekranda nümayiş etdirilən ekran görüntülərinin müşayiəti ilə sevimli seriallardan ən gözəl parçaları izləmək imkanı əldə ediblər.

Digər xəbərlər