II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalının birinci günü "Barokko musiqi axşamı" konsert proqramı ilə başa çatdı
15 Oktyabr 2021 13:45
15.10.2021
II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalının birinci günü "Barokko musiqi axşamı" konsert proqramı ilə başa çatdı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Barokko Musiqi" axşamı  təqdim olundu.

Konsert proqramında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri , Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artistlər Ramil Qasımov, Əyyub Quliyev, Fəridə Məmmədov, Ilham Nəzərov və Səbinə Əsədova dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Sonda bütün solistlər səhnədə xatirə şəkilləri çəkdiriblər.   

Digər xəbərlər