“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində “Nizaminin sözlərinə yazılmış romanslar” konsert proqramı təqdim olundu
17 Oktyabr 2021 14:46
17.10.2021
“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində “Nizaminin sözlərinə yazılmış romanslar” konsert proqramı təqdim olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində “Nizaminin sözlərinə yazılmış romanslar” konsert proqramı təqdim olundu.

Beynəlxalq Muğam Mərkəzində baş tutan konsert proqramında Uzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Pikə Axundovanın, Ağabacı Rzayevanın, Sevda İbrahimovanın və Saleh Nəzərovun əsərləri səsləndirilmişdir. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Digər xəbərlər