II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının "Azərbaycan Opera Ifaçılığı Antalogiyası" kitabının təqdimatı baş tutdu
17 Oktyabr 2021 14:57
17.10.2021
II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının "Azərbaycan Opera Ifaçılığı Antalogiyası" kitabının təqdimatı baş tutdu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Əməkdar artist Inarə Babayevanın ingilis dilində nəşr olunmuş "Azərbaycan Opera Ifaçılığı Antalogiyası" kitabının təqdimat mərasimi baş tutdu. Tədbir zamanı Əməkdar artist Əli Ibrahim Əhmədov, Taleh Yəhyayev, Rza Xosrovzadə və Ürfan Cəfərovun ifasında Azərbaycan bəstəkarlarının əsərləri ifa olundu.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Digər xəbərlər