II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalı çərçivəsində "Azərbaycan operetta inciləri" konsert proqramı təqdim olundu
18 Oktyabr 2021 15:05
18.10.2021
II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalı çərçivəsində "Azərbaycan operetta inciləri" konsert proqramı təqdim olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində  Azərbaycan operetta inciləri" konsert proqramı təqdim olundu.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın orkestri, balet truppası, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva və başqaları iştirak etmişdilər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Digər xəbərlər