Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov və Bilkent Simfonik Orkestirinin müdiri Aydın Mecid və musiqi direktoru Nüsrət İspir arasında videokonfrans formatında görüş keçirilib.
Videokonfrans iştirakçılarını salamlayan Ramil Qasımov artıq bir neçə mötəbər konsert zallarının və musiqi kollektivlərinin rəhbərləri ilə ənənəvi hal alan görüşlərin böyük əhəmiyyətini vurğuladı. Görüşdə vurğulandı ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dil, din, mədəniyyət, adət və ənənələrin ortaq olması Azərbaycan və Türkiyəni həmişə bir-birinə doğma edib və hər iki ölkə bir-birilərinə daim maddi və mənəvi dəstək, kömək olmaqla qardaşlıqlarının əbədi olduğunu sübut etmişlər.