II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalı çərçivəsində növbəti tədbir başa çatdı
19 Oktyabr 2021 15:12
19.10.2021
II Azərbaycan Beynəlxalq  Vokalçılar Festivalı çərçivəsində növbəti tədbir başa çatdı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində  Azərbaycan Dövlət Xor Kapellasının konsert proqramı təqdim olundu.

Müslüm Maqomayev adına Azərbaycan Azərbaycan Dövlət Akademik  Filarmoniyasında Azərbaycan Xor Kapellasının və Xalq artisti Fidan Hacıyevanın ifasında dünya şöhrətli bəstəkarların əsərləri səsləndirildi.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Digər xəbərlər