Noyabrın 5-də Heydər Əliyev Sarayında Rusiyanın Xalq artisti Emmanuil Vitorqanın çıxışı baş tutub.
Azərbaycanın "Fəxri mədəniyyət işçisi", məşhur həmyerlimiz yeni "Həyat davam edir" yubiley mono-tamaşasını təqdim edib.
Qeyd edək ki, yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirmişdir.