Heydər Əliyev Sarayında görkəmli bəstəkar Cahangir Cahangirovun mahnılarından ibarət ədəbi bədii kompozisiya təqdim edilib
24 Noyabr 2021 15:30
24.11.2021
Heydər Əliyev Sarayında görkəmli bəstəkar Cahangir Cahangirovun mahnılarından ibarət ədəbi bədii kompozisiya təqdim edilib

Heydər Əliyev Sarayı əbədiyaşar bəstəkar, Xalq artisti Cahangir Cahangirovun mahnılarından ibarət ədəbi bədii kompozisiya təqdim edib.

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının verdiyi məlumata görə, tədbirdə çıxış edən Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə birgə təşkil olunmuş konsert proqramının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Əbədiyaşarlar” layihəsi çərçivəsində keçirildiyini bildirdi. Qeyd etdi ki, belə ədəbi bədii kompozisiyalar mənəvi incilərin təbliğinə xidmət edir.

Ədəbi bədii kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babyeva, musiqi redaktoru Əməkdar mədəniyyət işçisi Hikmət Şahbazovdur. Gecədə Xalq artistləri Ramiz Quliyev, Heydər Anatollu, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Ramil Qasımov, Fəridə Hüseynova, Almaz Orucova, Nurlan Növrəsli, Lalə Məmmədova, Nigar Rzayeva, müğənnilər Arzu Əliyeva, Aytən Məhərrəmova, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Səbinə Ərəbli, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Rövşən Əziz, Ayşən Mehdiyeva, Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Orkestri, “Buta” instrumental ansamblı, Vaqif Mustafazdə adına “Sevil” vokal kvarteti, Cahangir Cahangirov adına Xoru, “Bənövşə” uşaq xoru, Gülara Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı iştirak ediblər.

Digər xəbərlər