Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının verdiyi məlumata görə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "BEAT Group" şirkəti və "VISA"-nın, Azərbaycan Həmkarlar Ittifaqının Konfederasiyasının, "Stamperia print" şirkətinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi ilə XX-ci əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” tele-operasınının təqdimatı keçirildi. Layihədə həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblıda iştiraketmişdir. Layihənin ideya müəllifi Respublikanın Əməkdar artisti Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu xareoqrafı Əməkdar artist Ceyhun Qubadov və baş xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır . Tele-operada Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Inarə Babayeva, Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin Ismayılov yer alıblar.