Heydər Əliyev Sarayında Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Beş qapı” tamaşası təqdim olunub
30 Dekabr 2021 10:26
30.12.2021
Heydər Əliyev Sarayında Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Beş qapı” tamaşası təqdim olunub

Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Heydər Əliyev Sarayının 2021-“Nizami Gəncəvi ili” çərçivəsində keçirdiyi yekun tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Musiqili tamaşada müəllifin “Xəmsə”yə müraciətinin məqsədi Nizami irsindən bəhrələnməklə yanaşı, ayrı-ayrı poemalarda əks etdirilən hadisələrin beş qapı vasitəsilə açılmasına və təbliğinə yönəlmişdir. Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirən teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılmasını nəzərdə tuturdu. Qeyd edək ki, tamaşanın aktyor heyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrdən ibarətdir.

Digər xəbərlər