Heydər Əliyev Sarayı və Beynəlxalq Muğam Mərkəzi arasında memorandum imzalandı
5 Fevral 2021 12:32
5.02.2021
Heydər Əliyev Sarayı və Beynəlxalq Muğam Mərkəzi arasında memorandum imzalandı


Bu gün Heydər Əliyev Sarayı və Beynəlxalq Muğam Mərkəzi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı inkişaf etdirmək, peşakar əlaqələri möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi və mədəni irsimizi təbliğ etmək, birgə layihələrin işlənib hazırlanması, müxtəlif tədbirlər, festivallar, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov çıxışında bu məsələlər ilə bağlı işçi qrupunun yaradılacağına və nəticədə ikitərəfli əməkdaşlığın genişləndirilərək davamlı, əlverişli, səmərəli olacağına əminliyini və dostluq münasibətlərinin möhkəmlənməsinə yardım edəcəyinə inandığını bildirdi. Ramil Qasımov qeyd etdi ki, Beynəlxalq Muğam Mərkəzi ilə birgə keçirəcəyimiz layihə, tədbir, festivalların gerçəkləşməsi və yeni gənc nəslin yaradıcılığının inkişafı naminə üzərimizə düşən məsələləri həllində əlimizdən gələni əsirgəməyəcəyik.

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov da öz növbəsində iki müəssisə arasında dostluq və hörmət əsasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsindən böyük məmnunluğunu bildirdi. Xüsusilə, bu tarixi günün dünya şöhrətli bəstəkarımız, SSRİ xalq artisti Qara Qarayevin doğum gününə təsədüf etməsinin böyük əhəmiyyət daşıdığını vurğuladı.

Digər xəbərlər