Heydər Əliyev Sarayı – ümummilli liderin adını daşıyan saray paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bugün də qaynar həyatını yaşayır.
Tarixi
XX əsrin ikinci yarısından Azərbaycanın paytaxtında yeni və maraqlı memarlıq abidələri ucaldılmağa başlandı. Akademik Milli Dram Teatr...